Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib. İqor Korotçenko ilk sualı 2020-ci ilin 27 sentyabrnda hərbi əməliyyatların necə başlaması oldu. Cənab prezident İlham Əliyev verilən hər bir suala dəqiq və səlis cavab verib. Bu suala cavab olaraq bildirib ki, Müdafiə naziri mənə məlumat verdi ki, təmas xəttindəki mövqelərimiz, bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artileriya atəşinə məruz qalıb. Adekvat cavab olaraq biz müharibəyə qoşulduq. Hərbi əməliyyatların birinci günün sonunda biz Kəlbəcər rayonunda, Murovdağa və Ağdərə istiqmətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi - Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Cənab Prezident qalib ordunun Ali Baş Komandanı kimi " Dəmir yumruq " adı almış əks-hücum əməliyyatı nəticəsində 30 il işğal altında olan torpaqların azad olunmasında iftixar ilə danışdı. Cənab Prezident bildirdi ki, münaqişə dondurulmuş vəziyyətdə olsa da döyüş əməliyyatlarının aparılması planı çoxdan işlənib hazırlanmışdı.Sentyabrın 27-də biz bu planı reallaşdırdıq.Biz hər gün döyüş əməliyyatlarına düzəliş edirdik. İqor Korotçenko müharibə dövrü cənab Prezidentimizin sakit , təmkinli və eyni zamanda inamlı olmağınının səbəbini soruşdu.Suala cavab olaraq Prezidentimiz bildirdi ki , prinsip etibarilə mən təmkinli , sakit insanam , emosiyamı vəzifəmdən kənar saxladım. İlham Əliyev jurnalistin xalqımız üçün xüsusi məna kəsb edən Şuşanın azad olunmasının necə səciyyələndirirsiniz sualına cavab olaraq bildirdi ki, düşmənin 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gündür. Cənab Prezident müharibəni Beynəlxalq qanunlara əsasən aparıldığını bildirdi. Dinc əhaliyə zərər vurmadıq . Çıxışının sonunda Ali Baş Komandanımız 3 tərəfli bəyanatdan danışdı. Bildirdi ki, biz müqavilənin bütün şərtlərinə əməl edirik, ama Ermənistan tərəfi əməl etmir. Cənab Prezidentimiz müharibə başlanan gündən bu günədək bütün xarici jurnalistlərin sualına qalib ölkənin lideri kimi, "Dəmir yumruq" əməliyyatının qalibi kimi, əsil dünya siyasətçisi kimi və ən əsası Ulu Öndər Heydər Əliyevin davamçısı kimi cavablandırıb. Biz sizinlə fəxr edirik Cənab Prezident. Azərbaycan xalqının qəhrəmanlığını bütün dünyaya göstərdiniz. Ulu Öndərin əsasını qoyduğu müstəqil Azərbaycan dövlətini regionun ən güclü dövlətinə çevirdiniz. Yaşasın Azərbaycan Xalqı! Yaşasın Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!Nazim QƏDİROV,Xocalı rayon ziyalısı